Qırışlara qarşı albalı şirəsi

30 May 2013 15:04 (UTC+04:00)

Mövqe.az Türkiyə mətbuatına istinadən albalı şiəsinin faydalarını sizə təqdim edir. 


Sidikqovucu xüsusiyyətə malik olan albalı, orqanizmdə yığılan zəhərli maddələrin qaraciyər və böyrəklərdən xaric edilməsini təmin edir. 


Albalı ürik turşusu və urat duzlarının bədəndən atılmasını təmin etdiyindən, revmatizm və gut xəstəliyi ilə (müxtəlif səbəblərlə ürik turşu səviyyəsinin yüksəlməsi və sümüklərdə ya da oynaqlarda zamanla təcrübəyə səbəb olaraq ağrılı infeksiyalara gətirib çıxarması ilə ortaya çıxan iltihabı bir xəstəlikdir) mübarizə aparır. 


Albalı qəbizliyi aradan qaldırır. Xüsusilə bayat yeyilən yeməklərin, kolbasa və sosiska kimi qidaların zərərlərini önləyir, eyni zamanda qandakı zərərli maddələrin bədəndən atılmasını və qanın təmizlənməsini təmin edir, üzdə olan sızanaqlarla mübarizə aparır.


Albalı suyunun üz və boyun hissələrinə çəkilməsi, dəridəki qırışları aradan qaldırır. 


Qaraciyərin dostu olan albalı, xəstəliklər nəticəsində çoxlu dərman qəbulu, nikotinin bədəndən atılamaması və zəhərlənmələr nəticəsində çətinlik çəkən qaraciyərin yükünün yüngülləşdirməsinə kömək edir.