Belçika Krallığında Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib

30 May 2013 15:24 (UTC+04:00)

28 may tarixində Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi, NATO yanında Daimi Nümayəndəliyi və Brüssel şəhər Meriyasının təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib. 

  

Mövqe.az-ın Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, ziyafətdə Belçikanın rəsmi qurumlarının nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkədə fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin, mətbuat və diaspor qurumlarının nümayəndələri, Avropa İttifaqı və NATO yanında akkreditə olunmuş səfirlər, Avropa Parlamentinin üzvləri, Aİ və NATO-nun yüksək səviyyəli məmurları iştirak ediblər. 

 

Qəbulda Azərbaycanın klassik musiqi inciləri səsləndirilmiş, ölkəmizin müxtəlif guşələrinə səyahətə aparan sənədli film nümayiş olunmuş və Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilmişdir.