Ölsə də qeysəriyyə əməliyyatına icazə verilmədi

30 May 2013 16:26 (UTC+04:00)

Əl Salvadorda məhkəmə, ağır xəstə olan və hamiləliyi təhlükə yaradan 22 yaşlı qadına qeysəriyyə əməliyyatı icazəsi verməyib. Üstəlik həkimlər, hamiləlik davam etsə belə beyin hüceyrələri inkişaf etməyən körpənin yaşaya bilməyəcəyi fikirindədirlər. Movqe.Az-ın məlumatına görə, qeysəriyyə əməliyyatının qadağan olduğu Orta Amerika ölkəsi Əl Salvadorda məhkəmənin aldığı qərar mübahisə yaradıb. Məhkəmə, böyrək çatışmazlığı çəkən və lupus adı verilən xroniki immunitet sistemi xəstəsi olan hamilə qadına qeysəriyyə əməliyyatı icazəsi verməyib. Həkimlər, hamiləliyin davam etməsi halında bu xəstəliklərin ana üçün ölümcül ola biləcəyini açıqlayıb. Üstəlik, ananın xəstəlik səbəbiylə 26 həftəlik körpənin beyninin inkişaf etmədiyi və körpənin anasefali xəstəliyinə tutulduğu öyrənilib. Ansefali xəstəsi körpələrin həyatda qalma şanslarının çox az olduğu, ya ana bətnində və ya doğulduqdan qısa müddət sonra öləcəkləri bildirilib. Adı gizli tutulan və ictimaiyyətdə "Beatriz" adıyla xitab edilən 22 yaşındakı gənc qadının hamiləliyi ilə əlaqədar alınan qərar ölkədə reaksiyaya gətirib çıxarıb. İnsan hüquqları təşkilatları, tədbirlər təşkil edən  "Beatriz"ə qeysəriyyə əməliyyatı haqqı verilməsini istəyir. "BBC"-nin xəbərinə görə, "Beatriz" in müalicə gördüyü xəstəxanadakı həkimlər və Səhiyyə Nazirliyi də məhkəmənin qərarına qarşı çıxıb. Məhkəmə isə ananın hüquqlarının, doğulmamış körpənin hüquqlarının qarşısına keçə bilməyəcəyik fikirindən dönmür.