Əsəddən Rusiyaya yeni silah sifarişi

30 May 2013 16:33 (UTC+04:00)

Rusiyadan göndərilən S-300 raketlərini nəzərdə tutaraq "Hava müdafiə sistemimiz  tamamlandı" dediyi iddia edilən Suriya lideri Bəşər Əsədin, Moskvadan partizan döyüşü şərtlərinə uyğun yeni silah tələbində olduğu bildirilib.

Movqe.Az "Vaşinqton Post"a istinadən xəbər verir ki,  Şam 12 may tarixli silah siyahısını Rusiyanın inhisar silah ixracatçısı "Rosoboronexport" şirkətinin mərkəzi ofisinə çatdırıb. Əsəd rejiminin çatdırdığı siyahının 23 bənddən ibarət olduğu görülüb. Rosoboronexport işçiləri tərəfindən mediaya sızdırılan siyahıda ilk sırada 20 min Kalaşnikov markalı avtomat silah, yüksək kalibrli 400 ədəd kord marka pulemyot, ardıcıl atış edə bilən "Vihr" avtomatik tapança və bir sıra mina atan sifariş edildiyi ifadə edilib. Bu silahlarıla yanaşı sursat olaraq 20 milyondan çox güllə də istəndiyi ifadə edilib. Rusiyaya göndərilən siyahının altında Suriya ordusu Levazım məsulu Əli Əl Salim imzası yerləşir. Sözügedən mövzuyla əlaqədar Rusiya tərəfi indiyə qədər hər hansı bir şərh etməyib.