Fransa tarixində ilk dəfə homoseksual nigahı olub

30 May 2013 17:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Fransada böyük mübarizələrə baxmayaraq qəbul edilən və homoseksual( eynicinsli) cütlüklərə evlənmə və övladlığa götürmə haqqı verən qanunun ardınca, ilk homoseksual nikah baş tutub. Fransa tarixinə keçən 40 yaşlı Vincent Autin və 30 yaşlı Bruno Boileau Montpellier Bələdiyyəsində evlənib. Nikahı aparan sosialist Montpellier Bələdiyyə Başçısı Helene Mandroux da Fransada ilk homoseksual nikah həyata keçirən ilk bələdiyyə başçısı olaraq tarixə keçib. Cənub şəhəri Montpellier Bələdiyyəsinə dünən 17.30 -da başlayan nikaha Bruno və Vincent ələ ələ gəliblər. Təxminən 500 qonağın qatıldığı mərasimi milli və beynəlxalq mediadan 150 jurnalist izləyib. Biri qalstuk digəri bantik taxan Vincent və Bruno, salona alqış sədalarıyla daxil olub. Tarixi evliliyə etiraz edən qruplar səbəbiylə salon girişində və nikah müddətində sıx təhlükəsizlik tədbirləri alınıb.  Hökumət spikeri Najat Vallud Belkacem evlənən cütlüyün yoldaşı olduğu üçün "şəxsi olaraq" mərasimdə iştirak edib. Romantik bir çıxış edən Mandroux, "Bu günü xəyal edirdiniz və xəyalınız gerçək oldu. Respublikamız üçün tarixi bir andır. Daha çox azadlıq, daha çox bərabərlik üçün, daha güclü bir cəmiyyət üçün buradayıq. Hər kəs seçkilərində, ehtiraslarında azaddır. Ölkəmizin inkişafında daha bir addım atdıq "deyib. Evlilik haqq və tapşırıqlarının oxunmasını ayaqda dinləyərkən də əl-ələ tutuşan Vincent və Bruno, "bəli" dedikdən sonra, qanunun həyata keçməsi üçün mübarizə aparan hər kəsə və ailələrinə təşəkkür ediblər. Fransanın ilk homoseksual cütlükləri , "Bizimlə birlikdə mübarizə aparan bütün dərnəklər, təşkilatlar, xadimlərə təşəkkür edirik. Cəmiyyətimizdə sevgiyə ehtiyacımız var. Nifrəti aşıb sevgiylə yeni bir səhifə açaq. Bir-birinizi, bizi, qarşınızdakını sevin "deyiblər. Mərasim Frank Sinatranın məşhur "Love and Marriage" (Eşq və Evlilik) mahnısı ilə sonlanıb. Cütlük mərasimin ardınca bələdiyyə balkonuna çıxaraq mərasimi çöldən izləyən yüzlərlə insanı salamlayıb.