Münaqişəəli seçki başladı

7 May 2012 14:10 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Suriyada 50 ildən bəri ilk "çox partiyalı" seçki üçün səs vermə müddəti başladılıb.

Müxalifətin "maskaralıq" olaraq xarakterizə etdiyi və şiddət mühitində təşkil edilən seçkilər saat 07:00də başlanılıb.

Prezident Bəşər Əsədə qarşı keçən il mart ayında indiyə qədər görülməmiş bir müxalif hərəkətin keçirildiyi ölkədəki seçkilərdə 250 kürsülü parlamentə girmək üçün 7195 namizəd yarışacaq.

Prezident Əsədin islahat sözü verdiyi seçkilərdə əvvəl qurulan 9 partiyadan 7-si iştirak edir.12 min seçki mərkəzində saat 22.00-a qədər səs verilə biləcək.


Ziba Yusifova

Movqe.Az