Təbii yolla 5 uşağı olacaq

30 May 2013 17:49 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çexiya Respublikasında körpə həyəcanı. Aleksandra Kinova, ölkənin təbii yolla 5 körpəyə hamilə qalan ilk qadını olmanın həyəcanını yaşayır. İlk əvvəl əkiz körpə sahibi olacağını eşidikdə çaş-baş qalan 23 yaşındakı Kinova, Praqada başqa bir xəstəxanada əslində bətnində beş örpə daşıdığını öyrəndikdə həyatının şokunu yaşayıb. Çexiya mediasının geniş yer verdiyi gənc ana namizədi, həyatının ən həyəcanlı günlərini yaşadığını izah edib. "Ötən aya qədər əkiz dünyaya gətirəcəyimi düşünürdüm" deyən Kinova, ultrasonoqrafiyada beşinci körpəni gördükdə ağlamağa başladığını söyləyib. Beş körpə daşımasına baxmayaraq rahat bir hamiləlik keçirdiyini ifadə edən Kinova, bazar günü qeysəriyyə doğum edəcək. Mütəxəssislər, təbii yoldan beş körpə sahibi olmağın bir neçə milyonda bir ehtimal olduğunu söyləyib..