Bu da "Samsung Galaxy S4 Mini"

30 May 2013 18:13 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İnternetə sızan bir çox fotoşəkil və Samsungun səhvən paylaşdığı görüntünün ardınca Galaxy S4 Mini rəsmi olaraq bəyan edilib. Lakin istifadəçilər Galaxy S4-ün mini versiyasında normal versiyadakı performansı qalmayacaq. Normal Galaxy S4-ün 5 düymlük ekranına uyğun olaraq Galaxy Mini-in 4.3 düymlük ekranı var. S4-də Full HD ekran, Mini-də isə düym başına 256 piksel intensivliyi var. Andoridin ən aktual versiyası olan 4.2.2 Jelly Bean əməliyyat sistemi ilə gələcək  Mini'nin kamerası isə S4-ə görə əhəmiyyətli ölçüdə dəyişmişdir. S4-ün 13 megapiksel kamerasına qarşılıq Mini'nin kamerası 8 megapiksel olacaq. Həmçinin 8 GB yaddaşlı Mini-in əməliyyat sistemi və Samsung proqramlarının istifadə etdiyi 3 GB-dan artıq düşdükdən sonra 5 GBlik bir sahə istifadə edilə bilir. Bununla yanaşı Telefon xarici yaddaş ilə dəstəklənə bilir. Tamamilə plastik olan Mini'nin görünüşü isə S4-ün kiçik qardaşı olduğunu çox müəyyən edir.