“Azərsun Holdinq”də qanvermə aksiyası keçirilib

30 May 2013 18:17 (UTC+04:00)

Qanvermə aksiyasında "Azərsun Holdinq"in beş yüzə yaxın əməkdaşı iştirak edib. Aksiyada ilk qan verən holdinqin müşahidə şurasının sədri Abdolbari Goozal aksiyanın əhəmiyyətindən danışdı. Abdolbari Goozal aksiyanın artıq neçə illərdir ki, şirkətlər qrupunda keçirildiyini və ənənyə çevrildiyini, həmçinin digər şirkətlərə də örnək olduğunu vurğuladı. 


Qeyd edək ki, "Azərsun Holdinq"də qanvermə zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Toplanan donor qanları Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib. Holdinq tərəfindən keçirilən qanvermə aksiyası şirkətlər qrupunun regionalarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq. 


Bu günə qədər "Azərsun Holdinq"in əməkdaşları tərəfindən 1000 litrdən artıq qan, mərkəzi qan bankına hədiyyə edilib.