Bu ay 8 nəfəri ilan sancıb

31 May 2013 14:02 (UTC+04:00)

"Bu ay ərzində 8 nəfəri ilan sancıb". Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Movqe.az-a verilən məlumata görə, ilan sancmalarla bağlı xəstəxanaya müraciət edənlərə tibbi yardım göstərilərək evə buraxılıblar: "İlan sancmalardan ölüm halı qeydə alınmayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ilan sancmalar azalıb". 

A.Maqsudov ilansancmalarla bağlı rayonlara da zərdab göndərildiyini söylədi. Onun sözlərinə görə, rayonlarda da toksikoloqlar ilan sancmalarla bağlı müraciət edənlərə dərhal tibbi yardım göstərərək müalicəyə başlayırlar: "Hələki ilansancmalarda hava şəraiti ilə əlaqədar artım qeydə alınmayıb. Amma havalar istiləşəndə müraciətlərin sayında artım gözlənilir. Odur ki, bütün rayonlara zərdab göndərilib".