Nəqliyyat Nazirliyi: "Yeni sistemə keçid avtobusların törətdiyi yol qəzalarının sayını minimuma endirəcək"-Özəl

31 May 2013 16:04 (UTC+04:00)

"Kart sisteminə keçid avtobusların törətdiyi yol qəzalarının sayını minimuma endirəcək".  Bu sözləri Movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov deyib. N. Həsənovun sözlərinə görə, kart sistemi tətbiq olunduqdan sonra sürücülər əmək haqqı ilə işləyəcəklər: " Bu isə onları biri-biri ilə "yarışa" çıxmaqdan çəkindirəcək. Kart sisteminə keçid bu məsələni tənzimləyəcək. Sürücülər planı ödədikdən sonra daha çox qazanmaq üçün bəzən sürəti artıraraq öz marşurutları üzrə hərəkət edən digər avtobuslarla ötüşürlər. Bu isə qəza şəraiti yaradır. Amma kart sisteminə keçdikdən sonra sürücülər konkret əmək haqqı alacaqlar. Onlar əlavə qazanc üçün sərnişinlərin həyatını təhlükəyə atmayacaqlar".