Rihanna "Diamonds World Tour" turnirinə davam edir
31 May 2013 16:25 (UTC+04:00)
Movqe.Az Türkiyə mediasına istinadən xəbər
verir ki, Rihanna Diamonds "Diamonds World Tour" turniri
çərçivəsində İnönü Stadionunda verəcəyi konsert üçün dünən 17.45
-də xüsusi təyyarəsiylə İstanbula gedib. Üzərində idman
paltarlarıyla təyyarədən enən Rihannanın əlində stress topu olması
diqqətlərdən yayınmayıb. Rihanna Atatürk Havalimanı Baş Aviasiya
terminalında bir müddət təyyarənin içində gözləyib, sonra isə
avtomobilin təyyarənin yanına gəlməsi ilə terminala keçib.
Rihannanın qrupu İstanbul tıxacına düşməmək üçün dəniz yolunu
seçib. Mindiyi gəmidə kapitanla xatirə fotoşəkili çəkdirən və
olduqca şən olan Rihanna və qrupuna toyuqlu pilov və köftə təqdim
edilib. Rihanna Türk yeməkləri üçün darıxdığını bildirib.