Prezident İtaliyanın keçmiş baş naziri və sabiq xarici işlər nazirini qəbul edib

31 May 2013 16:38 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev mayın 31-də İtaliyanın keçmiş baş naziri və sabiq xarici işlər naziri Lamberto Dinini qəbul edib.

 

Mövqe.az-ın məlumatına görə, görüşdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsində Forumun önəmi qeyd olunub.

 

Görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.