Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

31 May 2013 18:30 (UTC+04:00)

31 may 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura­sı­nın növ­bəti iclası ke­çi­ril­ib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq iştirakçıları müzakirsi nəzərdə tutulmuş məsələlərlə tanış edib. Bundan sonra Şura üzvləri "2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı"nı; "Milli Mətbuat"-ın yaranmasının 138-ci il dönümü ilə əlaqədar keçiriləcək "Fərdi jurnalist yazıları"müsabiqəsi"ni, "Ziya" qəzetinin transliterasiyasının kitab şəklində çapının maliyyələşdirilməsi" məsələlərini müzakirə ediblər.

Gündəlikdə dayanan birinci məsələ ilə bağlı Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək Fondun KİV layihələrini maliyyələşdirmək üçün büdcə imkanları barədə məlumat verib. Məlumat dinlənildikdən sonra, Müşahidə Şurasının üzvləri "2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə"nin şərtlərini müəyyənləşdirmiş, həmçinin, 01 iyun tarixindən başlamaqla müsabiqəyə qatılmaq üçün verilən sənədlərin 25 gün müddətində qəbul edilməsinə qərar veriblər.

"Milli Mətbuat"-ın yaranmasının 138-ci il dönümü ilə əlaqədar keçiriləcək Fərdi jurnalist yazıları müsabiqəsi" ilə bağlı məsələni müzakirə edən Şura üzvləri müsabiqənin 15 istiqamət olmaqla, 45 mövzu üzrə keçirilməsini məqbul sayıblar.

Şura üzvləri ""Ziya" qəzetinin transliterasiyasının kitab şəklində çapının maliyyələşdirilməsi" ilə bağlı məsələdə də yekdillik göstərərək bu məqsədlə maliyyə vəsaitinin ayrılmasına qərar qəbul ediblər.

Müşahidə Şurasının "2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı"nı və "Milli Mətbuat"-ın yaranmasının 138-ci il dönümü ilə əlaqədar keçiriləcək "Fərdi jurnalist yazıları"müsabiqəsi" üçün müəyyən etdiyi şərtlərlə aşağıda tanış olmaq mümkündür.