Laçın sakini qayınatasını, qayınanası və qaynını gülləyib

1 İyun 2013 13:09 (UTC+04:00)
Ağcabədi Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon ərazisindəki fermada məskunlaşmış Laçın rayon sakini, 25 yaşlı Tural Allahverdiyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq qayınatası Cəbrayıl Hüseynova, qayınanası Güldəstə Hüseynovaya və qaynı Valeh Hüseynova xəsarət yetirib.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Hadisəni törədən T. Allahverdiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.