Aygün Kazımova: "Snup Dogla əməkdaşlığımız böyük sual altındadır"
1 İyun 2013 13:54 (UTC+04:00)
Azərbaycanın xalq artisti Aygün Kazımova ilə məşhur amerikalı repçi
Snup Dog`un (Snoop Dogg) birgə layihəsində bəzi problemlər yaranıb.
Aygün Kazımova bununla bağlı ANS PRESS-ə açıqlama verir:
"Əzizlərim, Snup Dogla nəinki 6 iyun stadion çıxışımız, hətta
Avropa turnemiz də böyük sual altındadır. Çünki mən çox ciddi
şəkildə müqavilənin şərtlərini pozmuşam.
1) Birgə şəklimizi Azərbaycan mediasına çıxarmışam
2) Mahnının adını açıqlamışam
3) 6 iyulda olacaq ilk çıxışımızın gününü açıqlamışam
4) Avropa turnemizə çıxacağımızı söyləmişəm.
Ona görə də indi menecerlər arasında mübahisə xarakterli danışıqlar
gedir. Layihəmizin bu günkü durumu belədir ki, klip artıq hazırdır.
Mahnıların remiks versiyaları da hazırdır. Onları dünyada və
Avropada çox tanınımşı Dj hazırlayıb. Albomun isə son hazırlıqları
aparılır. Bütün nəticələr barəsində sizə mətbuat xidmətim xəbər
verəcək."