Azərbaycan Təhsil Nazirliyində daha bir təyinat olub

3 İyun 2013 11:06 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi  və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilib.

 

Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr təhsili alıb. 2000-2013- cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycanın Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.