Bakıda 15 yaşlı qız nişanlısı tərəfindən zorlandı

3 İyun 2013 15:08 (UTC+04:00)

Bakıda zorlama hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gecə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Gəraybəyli Elvin Gəray oğlu 1998-ci il təvəllüdlü azyaşlı qızı yatdığı yerdə zorlayıb. Hazırda polis cinayəti törədən E.Gəraybəylinin tutulub istintaqa cəlb edilməsi istiqamətində əməliyyatı davam etdirir. Onu da qeyd edək ki, zorladığı qız E.Gəraybəylinin nişanlısıdır.