UEFA 2020-ci ildə keçiriləcək Avropanın çempionatının rəsmi himninin müəllifini seçib.
Goal.az xəbər verir ki, bu niderlandlı musiqiçi Martin Qarriksdir.
23 yaşlı musiqiçi "Twitter"dəki səhifəsində ona verilən bu imkana görə fəxr etdiyini bildirib: "Mən 2020-ci ilin futbol üzrə Avropa çempionatının himnini yazmaq imkanı ilə fəxr edir, sizin hamınızın onu eşidə biləcəyiniz anı səbirsizliklə gözləyirəm".
AVRO-2020-nin rəsmi mahnısı və onu oxuyacaq müğənni yazda təqdim ediləcək. Mahnı yarışın açılış mərasimində - 12 iyun 2020-ci ildə Romada, "Olimpiko" stadionunda ifa olunacaq.
Xatırladaq ki, Martin Qarriks 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının bağlanışı mərasimini musiqi ilə müşayiət edib. Həmin il o, "Formula-1" üzrə Yaponiya Qran-prisində də çıxış edib.