Sabah 33 dərəcə isti olacaq

3 İyun 2013 15:40 (UTC+04:00)

Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-21 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında iyunun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq.


Tibbi-meteoroloji proqnoz

İyunun 4-dən 6-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.