Ögey atasının sağdışı oldu

3 İyun 2013 15:48 (UTC+04:00)

İngilis "One Direction" qrupunun 19 yaşlı üzvü Herri Staylsın anası Ana Koks ailə həyatı qurub. Toyda gənc müğənni ögey atasının sağdışı olub. Movqe.Az-ın məlumatına görə, İngiltərənin Çeşir bölgəsindəki bir restoranda baş tutan toy mərasiminə 42 nəfər qatılıb. Anası Ana Koks atasından boşandıqdan sonra 7 yaşından bəri Herri Staylsı Robin Tvist böyüdüb. Tvistin digər sağdışı isə keçmiş münasibətlərindən doğulan oğlu Mayk olub. Stayls və ailəsi, axşam evlərində verdikləri mərasimlə toyu qeyd ediblər.