Nyu Yorkun mərkəzində Çin qülləsi

3 İyun 2013 16:53 (UTC+04:00)

Çinli bir qrup daşınmaz əmlak şirkəti, Manhattanda yerləşən "General Motors Building" adlı binanın 40 faiz hissəsini satın alıblar. Movqe.Az mövzuya yaxın qaynaqlardan alınan xəbərə istinadən bildirir ki, çinli qrup, 40 faiz hissə üçün Yaxın Şərq mərkəzli suveren fondlara 700 milyon dollar ödəməyi qəbul ediblər. Binanın 60 faiz hissəsi isə "Boston Properties"ə aiddir.