Movqe.Az Livan qəzeti "Əl Diyar"a istinadən xəbər verir ki, Türkiyə və Qatarın Suriya lideri Bəşər Əsədin təyyarəsini salma cəhdinin İordaniya kəşfiyyat xidmətinin səyləri nəticəsində son anda qarşısının alındığını bildirir. "Əl Diyar"ın istinad etdiyi Ərəb ölkəsinin səfirinin ddiasına görə; Türkiyə və Qatar, Əl Nusra təşkilatına Sam-7 raketləri təmin edərək, Əsədin təyyarəsinin salınması üçün təlimat verib. Türkiyə və Qatardan təlimat alan Əl Nusra xadimləri, Əsədin təyyarəsini Lazkiyə Aerodromunda Sam-7 mərmisiylə vurmaq üçün təlimat alıb. Lakin ddiaya görə, təşkilatın planı İordaniya kəşfiyyat xidməti tərəfindən ortaya çıxarılıb və Suriya rəhbərliyinə bildirilərək son anda qarşısı alınıb.