Azərbaycanlı müğənni: "Konsret proqramı autizm xəstəsi olan azyaşlılar üçün təşkil olunmuşdu"-VİDEO-Özəl

3 İyun 2013 16:25 (UTC+04:00)

Müğənni Roza Zərgərli 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramlarında çıxış edib. Bununla bağlı Mövqe.az-a eksklüziv açıqlamasında müğənni belə deyib: "ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən iyun ayının 1-də konsert proqramı təşkil etdik. Sənətçi dostlarımıza da təklif etdim, kimə maraqlı idi gəldi. Çox sağ olsunlar. Gözəl tədbir keçirdik. Öz tədbirimizdən əlavə uşaqlara həsr olunan 6 tədbirdə də iştirak etdik. Layihlərin rəhbəri PR-menecer Kamal Bilalov və prodüser Mehri Əliquliyeva idilər.

Konsret proqramı autizm xəstəsi olan azyaşlılar üçün təşkil olunmuşdu.  Ümumiyyətlə, biz hər il narkomaniyaya və yaxud uşaqlara aid konsert proqramları ilə çıxış edirik. Nədənsə bu ilki çıxışlara media az diqqət yetirdi. Halbuki biz mütəmadi tədbirlər təşkil edirik. Bu cür tədbirlərdə də yalnız milli musiqilərimizi, xalq mahnılarımızı, öz repertuarımızdan olan müasir mahnıları ifa etmişik. Konsertimiz lentə alınıb. Bir azdan maqazin verlişlərində nümayiş olunacaq.
Hətta mən "Uşaqlıq illəri" adlı soundtrack də yazdırmışdım və konsertdə ifa etdim. Konsert 3 saata yaxın davam etdi. Mən 1 saat, DJ yarım saat, sənətçi dostlarımız isə 1 saat yarım çıxış etdilər. Məndən əlavə konsertdə İlahə İbadova, Cəmil Məmmədli, "Cahan" qrupu, repçi Qurd və digər həmkarlarımız gözəl çıxışları ilə tamaşaçı alqışı qazandılar". Mövqe.az olaraq sizə müğənninin "Uşaqlıq illəri"sountrackni təqdim edirik: