Buzlar əsl bakteriya mənbəyidir

3 İyun 2013 16:44 (UTC+04:00)

Movqe.Az "Mail on Sunday" qəzetinə istinadən xəbər verir ki,  Burger King, Mc Donalds, KFC və Starbucks kimi restoranlarda xidmət edilən buzların tualet suyundan daha çirkli olduğu aşkar edilib. Buzları sınaqdan keçirən "Microtech Wessex" laboratoriyasına görə buzlardakı bakteriyaların bəziləri buz qəliblərinin kifayət qədər tez təmizlənməməsi səbəbiylə, bəziləri isə buz hazırlayan işçilərin fərdi gigiyenalarına əhəmiyyət verməməsi səbəbiylə yaranır. Mütəxəssislər restoranlardan steril paketlərdə alınan və soyuduculardan laboratoriyaya aparılan nümunələrdən heç birinin sağlamlığa təsir edəcək bakteriya ehtiva etmədiyini, lakin 4 nümunədə olan ifrat mikrob nisbətinin ciddi gigiyena probleminə işarə etdiyini söyləyib.