ABŞ-da qasırğalar səngimək bilmir

3 İyun 2013 17:30 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-ın Oklahoma əyalətində baş verən qasırğada daha 13 nəfər həlak olub, beləcə ölü sayı 37-ə çatıb. Rəsmilər, əyalətdə 2 həftə fasilədən sonra yenidən təsirli olan qasırğada 4-ü uşaq olmaqla 13 nəfərin  həyatını itirdiyini açıqlayaraq, 5-i uşaq olan 7 nəfərin isə itkin düşdüyünü bildirib. Xəstəxanalarda çox sayda yaralının müalicə altına alındığı qeyd edilib. Oklahomada 10 gün əvvəl meydana gələn qasırğada 24 nəfər həlak olmuş, təxminən 12 min ev ziyan görmüşdü.