Maskasını çıxartmadı

3 İyun 2013 17:43 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, qısamüddətli bir tətil üçün Venetsiyaya gedən ABŞ-lı oktyor Leonardo DiCaprio, turistlər tərəfindən tanınmamaq üçün maska ​​taxsa da paparazilərin diqqətindən yayınmayıb. Şəhəri maskayla gəzən, hətta yemək yeyərkən belə loxmasını maskanın altından ağzına aparan DiCaprio, 1998-ci ildə oynadığı "Dəmir maskalı adam" filmindəki rolunu xatırladıb. Cannes Film Festivalına qatıldıqdan sonra Venetsiyaya gedən 38 yaşındakı məşhur aktyorun hazırda 20 yaşındakı model Toni Garr ilə birlikdə olduğu bildirilir.