Ov mövsümü açıq elan edilib

3 İyun 2013 18:00 (UTC+04:00)

Mövqe.az-a Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən bildirilib ki, 2013-2014-cü illərin ov mövsümü 2013-cü il 1 iyun tarixindən etibarən açıq elan edilib. 


Azərbaycan Respublikası ərazisində 2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:


Təkə

01 iyun-19 oktyabr 2013-cü il

1 baş (3 nəfərdən az 

olmayan qrup ovçulara)



Qaban (Çöl donuzu) 14 sentyabr-21 dekabr

2013-cü il

1 baş (3 nəfərdən az 

olmayan qrup ovçulara)



Dovşan 09 noyabr 2013-cü il-

11 yanvar 2014-cü il 

2 baş


Bataqlıq qunduzu (nutriya 12 oktyabr 2013-cü il -

22 fevral 2014-cü il

(volyerlərdə saxlamaq üçün)

Nutriya təsərrüfatları 

olan təşkilatlar üçün


Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.