Çəki atmaq istəyirsinizsə, bunlardan vaz keçməlisiniz

4 İyun 2013 15:20 (UTC+04:00)

Mövqe.az Türkiyə mətbuatına istinadən çəki atmağa əngəl törədən qida məhsullarını sizə təqdim edir:


Kərə yağı


Saxladığınız pəhrizin uğurlu olmasını istəyirsinizsə, tamamilə heyvani qida məhsulu olan kərə yağından uzaq durmalısınız. 



Krem, dondurma, şokolad


Bu məsulları çoxlarının sevdiyi məlumdur. Ancaq çəki atmaq istəyirsinizsə, aşağı kalorili şirniyyatlara üstünlük verməlisiniz. 



Marqarin, mayonez və müxtəlif souslar


Marqarinin tərkibi 70 % yağdan ibarətdir. Marqarin və kərə yağına bənzər qida məhsullarında isə, bu nisbət 65-70% təşkil edir. Bu məhsulları mətbəxdaən kənar tutmaq lazımdır. 



Süd və süd məhsulları


Bəzi süd məhsullarının tərkibində yağın miqdarı çoxdur. Ona görə, də arıqlamaq istəyirsinizsə, süd və süd məhsullarından da imtina etməlisiniz.