"Ford" yanğın riski meydana gətirən yanacaq sızıntısı səbəbiylə 2013 model 465 min avtomobilini geri çağırır. Movqe.Az-ın məlumatına görə, "Ford"dan verilən şərhdə, geri çağırılacaq olan modellərin "Fusion", "Explorer", "Flex", Taurus", "Interceptor Utility", "Interceptor Sedan" və "Lincoln MKS", "MKT" və "MKZ" olduğu deyilib. Şərhdə, bundan əlavə, 31 mart tarixinə qədər yanacaq sızıntısı haqqında 600 şikayət alındığı bildirilib.