Ramil Usubov Şirvan şəhərində vətəndaşları qəbul edəcək

4 İyun 2013 15:51 (UTC+04:00)


Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən iyunun 22-də Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək.


Mövqe.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı sakinlərini qəbul edəcək. Vətəndaşların qəbulu saat 11:00-da başlanacaq.