Gədəbəydə 37 yaşlı spirtli içki aludəçisi özünü bıçaqladı

1 Noyabr 2019 11:33 (UTC+04:00)

Gədəbəy rayonunda 37 yaşlı kişi özünü bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə rayonun Yenikənd kəndində baş verib.

Kənd sakini, spirtli içki aludəçisi olan 1982-ci il təvəllüdlü Musayev Məhəmməd İdris oğlu axşam saatlarında sərxoş vəziyyətdə evə gələrək yenidən spirtli içki qəbul edib.

Spirtli içkinin təsiri altına düşən M.Musayev mətbəxdən bıçağı götürərək heç bir səbəb olmadan özünə qarın nahiyəsindən xəsarət yetirib.

Yaralı Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.