Bakıda avtobusun qazıntı aparılan yerə düşməsi ilə bağlı RƏSMİ

1 Noyabr 2019 12:19 (UTC+04:00)

Bu gün bəzi kütləvi informasiya mənbələrində Xətai rayonu, M.Rüstəmov küçəsində qazıntı aparılan yerə avtobusun təkərinin sürüşərək düşməsi barədə məlumatlar yayılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Mövqe.az-a verilən məlumata görə, həmin ərazidə qazıntı işləri bir müddət əvvəl aparılıb: "100 mm diametrində polietilen kəmərin çəkilişi üçün 70-80 sm enində və 80 sm dərinliyində qazıntı işləri görülüb. Lakin bu günlərdə iş tamamlanıb, qazılan yer doldurularaq asfaltlanmanın ilkin mərhələsi yekunlaşıb. Bu gecə isə bəzi yerlərdə yolun alt hissəsinin qaçması müşahidə edilib. Ehtimal etmək olar ki, bu yağış sularının yağması səbəbindən qeydə alınıb. Buna baxmayaraq təqdim etdiyimiz foto və videomaterialda ciddi bir çöküntü müşahidə olunmur".