Samir Nuriyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri təyin edilib - SƏRƏNCAM

1 Noyabr 2019 12:56 (UTC+04:00)

Prezident İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilir.