Bakıda problem yaranan işıqforların əksəriyyətinin işi bərpa edilib

1 Noyabr 2019 13:27 (UTC+04:00)

Görülmüş operativ tədbirlər nəticəsində fəaliyyətində texniki səbəbdən problem yaranan işıqforların əksəriyyətinin işi bərpa edilib.

Bu barədə Mövqe.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Hazırda dörd kəsişmədə svetoforların işində çətinlik var və onların da bərpası istiqamətində iş aparılır.

Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar.