Bakıda iki minik avtomobili toqquşdu, biri yandı

1 Noyabr 2019 13:48 (UTC+04:00)

Bakı şəhərinin Nərimanov rayonunda “Audi” və "Lada" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, nəticədə “Audi” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hisəssi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.