Gözəllik məhsullarına etibar qalmayıb

4 İyun 2013 16:59 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərədə "Soil Association" adlı təşkilatın müxtəlif orqanik ya da təbii şampun, krem və digər gözəllik məhsulları üzərində etdiyi araşdırmanın nəticələri, mütəxəssisləri belə çaşdırıb. Araşdırmalarda, "təbii gözəllik məhsulu" kimi bazara çıxarılan məhsulların içində kanserogen antifriz maddəsi və yer təmizləyicisi tapılıb. Mütəxəssislər, bu maddələrin dərilə yanaşı sinir sistemində də təsir etdiyini bildirib. Soil Association təşkilatı, bir məhsulun orqanik və təbii ola bilməsi üçün müəyyən kimyəvi maddələri ehtiva etməməsi lazım olduğuna diqqət çəkib.

Məşhur markalar şübhə altında

Orqanik və 100 faiz təbii məhsul satdığını iddia edən bir çox marka, "xalqı yanıltma" ittihamı ilə üzləşib. Mütəxəssislər, tərkibində kanserogen maddə olan məhsullardan bəzilərinin məşhur kosmetika markalarına aid olduğunu bildirib.