Gəncədə 28 yaşlı gənc kafedə döyüldü

1 Noyabr 2019 15:26 (UTC+04:00)

Gəncə şəhərində gənc oğlan kafedə döyülüb.

Trend-in məlumatına görə, hadisə şəhər ərazisindəki kafelərdən birində qeydə alınıb.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Salmanov Kamran Sahib oğlu kafedə düşən dava zamanı döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.