Türkiyədə xidməti avtobus qəzaya uğradı - 30 yaralı

1 Noyabr 2019 17:55 (UTC+04:00)

Ankarada xidməti avtobus qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Sərnişinlər Türkiyə vətəndaşlarıdır.