"AB üzvlüyü erməni iddialarına bağlana bilməz"

7 May 2012 22:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Slovenyaya ziyarət əsnasında mətbuat konfransı keçirən Baş nazir Ərdoğan, Fransadakı seçkiləri qiymətləndirərkən, Türkiyənin Avropa Birliyinə üzvlüyünün erməni iddialarına bağlanmasının qəbul edilməz olduğunu söyləyib.

Mətbuat konfransında Baş nazir Ərdoğana dünən Fransada keçirilən seçkilərə də münasibət bildirib. Ərdoğan mövzuyla əlaqədar maraqlı açıqlama verib.

HEÇ BİR ZAMAN FRANSA İLƏ DÜŞMƏN OLMADIQ"

"Fransada hələ seçki müddəti bitməyib. İyun ayında da parlament seçkiləri keçiriləcək. Bu anda verəcəyimiz proqnolzar özünü doğrultmaya bilər. Amma mən qanunvericiliyin tələbini çatdırmaq istərdim. Biz heç bir zaman Fransa ilə düşmən olmadıq. Sarkozinin rəftarda da biz sona ana qədər biz səbir etdik.

"Sarkozi hakimiyyətə gəldikdən sonra, Merkellə birlikdə liderlər zirvəsinə getməyimizi maneə törətdi. Son rəftarı qəbul edilə bilən deyildi biz də rəftarımız ortaya qoyduq."

"Erməni iddiaları mövzusunda biz arxivləri açdıq. Ermənistanın əlində nəsə fakt varsa onlar da açıqlasınlar. Bunun sonunda əgər bizim tariximizlə hesablaşmamız lazımdırsa biz buna hazırıq. Bunu çox açıq ortaya qoyduq. Xahişimiz odur ki bu dövrdə belə şeylər olmaz."

"AB ÜZVLÜYÜ ERMƏNİ İDDİALRINA BAĞLANA BİLMƏZ"

"Türkiyə Erməni problemi həll etmədikcə Avropa Birliyinə üzv ola bilməz deyiləcək problem yoxdur. Bunu doğru olmadığını düşünürəm."

Ərdoğan, jurnalistlərin Suriya mövzusundakı suallarına da cavab verib. O bu məsələ ilə bağlı belə danışıb:

"SURİYAda MİLLƏT QAZANACAQ"

"Biz buradakı rejimə qarşıyıq. Bizdən kimsə zalımların yanında olmağımızı gözləməsin. On min adam öldürülüb. 150 minə yaxın immiqrant var. Niyə onlar qaçır, çünki tanklar toplar ölüm qusur. İnanıram ki Suriyada millət qazanacaq."

Tural QABİLOĞLU