Bakının Suraxanı rayonunda müharibə veteranı damarlarını doğrayıb. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Adil adlı Qarabağ müharibəsi veteranı özünü öldürməyə cəhd edib. O, ülgüclə damarlarını kəsib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının araşdırmasından məlum olub ki, həmin şəxs ruhi-əsəb xəstəsidir. Yaralı tibbi yardımdan sonra ruhi-əsəb xəstəlikləri dispanserinə göndərilib.