Güclü külək Sumqayıtda ağacları kökündən qoparıb

2 Noyabr 2019 23:15 (UTC+04:00)

Günorta saatlarından başlayan güclü külək Sumqayıt şəhərində bir sıra fəsadlar törədib.

Mövqe.az xəbər verir ki, təbii hadisə nəticəsində şəhərin bir neçə mikrorayonu ərazisində ağaclar kökündən qopub.

Külək eyni zamanda ağacların budaqlarını da qoparıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.