Ağcabədidə yük avtomobili ağaca çırpılıb, sürücü xəsarət alıb

3 Noyabr 2019 15:45 (UTC+04:00)

Ağcabədi rayonunda yük avtomobilinin ağaca çırpılması nəticəsində bir nəfər xəsarət alıb.

“Report”un Qarabağ mərkəzi xəbər verir ki, hadisə rayonunun Hacıbədəlli kəndində qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan sürücü “Shacman” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və yük maşınını yol kənarındakı ağaca çırpıb.

Qəza zamanı yük avtomobilinin sürücüsü ağır bədən xəsarətləri alıb.

Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki xəstəxanalarının birinə göndərilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.