"Meydanda onun kimi döyüşçü futbolçu görə bilməzsiz" - Qvardiola

3 Noyabr 2019 22:03 (UTC+04:00)

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola gördüyü ən rəqabətçi futbolçunun adını açıqlayıb.

Goal.az xəbər verir ki, bu barədə o, İspaniya mətbuatına danışıb:

“Bir müharibəyə getsəm, Arturo Vidalı da özümlə apararam. Onunla Bayern-də yaxşı xatirələrim var. Döyüşə getsəydim, mütləq mənimlə gələrdi. Çox yaxşı biridir. Meydanda onun kimi döyüşçü futbolçu görə bilməzsiz.

Onu dayandırmaq üçün sinəsinə təpiklə də vursaz, kifayət etməz. Onda hər zaman döyüşçü oyunçu kimliyini görəcəksiz”.