"Samsung", 2013-cü ilin ən çox gözlənilən mobil telefonlarından biri olan "Galaxy Note 3"ün varlığını "səhvən" ortaya çıxarıb. Movqe.Az-ın məlumatına görə, bu səhv "Samsung"un Qazaxıstandakı rəsmi internet səhifəsi tərəfindən edilib. Xüsusi bir VIP xidmətinin detallarının iştirak etdiyi səhifədə "Samsung", hələ təqdim edilməyən "Galaxy S4 Zoom", "Note 3" kimi cihazları da səhvən siyahıya alıb."Galaxy Note 3"ün daha əvvəl 13 megapiksellik bir kamerayla gələcəyi iddiası da "Samsung"dan sızıb. Sızan məlumatlara görə, "Note 3"ün kamerası "optik görünüş sabitləmə" funksiyasına sahib olacaq. "Samsung"un müvəffəqiyyətli "S-Pen"li ağıllı cib-tablet qarışığı qurğusundan ən son halı olacaq "Note 3"ün bu il sentyabrda Berlində başlayacaq "IFA 2013" ilə rəsmi olaraq tanıdılması gözlənilir.