Ölkə ərazisində yetişdirilən qarpızlar bu ayın sonundan yoxlanılacaq

4 İyun 2013 19:06 (UTC+04:00)

"İyun ayının sonlarından  ölkə ərazisində yetişdirilən qarpızlarının yoxlanılmasına başlanılacaq". Bu sözləri Movqe.az-a acıqlamasında Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin laboratoriya müdiri Yaqub İbrahimov söyləyib. Onun sözlərinə görə, hələki satışda yerli qarpızlar yoxdur: "Bazara yeni qarpızlar gələndə müfəttişlərimiz onlardan bir necəsini nümunə kimi labarotoriyaya gətirir, qarpızın tərkibi nitratın miqdarına görə yoxlanılır. Hələlik yerli qarpızlarla bağlı belə yoxlama aparılmayıb. Yəqin ki, bazarda satışa çıxarılan, yerli qarpızlar iyun ayının sonundan sonra yoxlanılacaq".

Laboratoriya müdiri iyun ayından qarpızların səyyar yoxlanışına başlayacaqlarını bildirib: "Xidmət bu mövsüm də "təkər üstündə laborator" üsulunu tətbiq edəcək. Artıq istixanalarda yetişdirilib yarmarkalara çıxarılan pomidor, xiyarı "təkər üstündə laborator" üsulu ilə yoxlayırıq. Yaxın aylarda qarpızlarda da  səyyar laborotoriyalarımız vasitəsilə yoxlama aparılacaq".