İyunun 5-dən etibarən Bakının Xətai rayonunda yerləşən 2 saylı ASAN Xidmət Mərkəzi fəaliyyətə başlayır.
Mövqe.az-ın məlumatına görə, mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən Xətai rayonu ilə yanaşı həmçinin Nizami, Suraxanı rayonlarının əhalisi yararlana biləcəklər.
Xatırladaq ki, 2 saylı ASAN Xidmət Mərkəzi Nobel prospekti 23 ünvanında, AMAY Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşir.