Etirazlar Türkiyə turizminə necə təsir edəcək?

5 İyun 2013 13:26 (UTC+04:00)
Türkiyədə turizm mövsümünün başlandığı bir vaxtda İstanbulda etirazlar ölkə turizminə necə təsir göstərəcək? İstanbulun əsas görməli yerlərində bilet almaq üçün növbəyə duran xarici turistləri gördükdə, etirazların turizmə heç də mənfi təsir göstərmədiyini söyləmək olar.

Sultan Əhməd (Ayasofiya) məscidinə gələn turistlər etirazlardan əvvəlcədən xəbərdar olduqlarını və bunun istirahət planlarına heç bir təsir göstərmədiyini deyirlər. "Biz İstanbula gəlməyə hazırlaşırdıq və etirazlar haqqında eşitdik. Amma bunu gəzməyə hazırlaşdığımız yerlər üçün bir təhlükə kimi görmədik, ona görə də gəldik, planlarımızın heç birini dəyişmədik", Con Bredberi adlı amerikalı turist belə deyir.

Turistlərin daha çox axışdığı bir başqa məkan isə Sultan Əhməd məscididir. Burada da turist axını əvvəlki illərdən fərqlənmir. "Biz Venesiyadan çıxmazdan bir gün əvvəl etirazlar haqqında eşitmişdik. Vəziyyətin necə olduğunu öyrənmək üçün Xarici İşlər Nazirliyinə zəng vurduq və bizə dedilər ki, ölkənin əksər şəhərlərində sakitlikdir, etirazlar da Taksim meydanı ilə məhdudlaşır.", deyə Canluka Kassandro adlı italiyalı turist bildirib.

Qeyd edək ki, İstanbulun əsas görməli yerləri və turizm bölgələri hələ ki, etirazların mərkəzindən çox uzaqdadır. (ANSPRESS.COM)