Ümummilli Lider Heydər Əliyev Mingəçevirdə, Yevlaxda və Gəncədə yad edilib - FOTOSESSİYA

8 May 2012 11:59 (UTC+04:00)

Movqe.Az xəbər portalının məlumatına görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın icra olunması və gənclərin vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi məqsədi ilə 2012-ci il may ayının 2-də Mingəçevir şəhərində, may ayının 3-də Yevlax şəhərində may ayının 4-də isə Gəncə şəhərində "Gənclik və azərbaycançılıq məfkurəsi" adlı təbliğat kampaniyası çərçivəsində "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans və konfransa həsr olunmuş konsert proqramı təşkil edilib. Tədbirlərdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, ərazi üzrə seçilmiş millət vəkilləri, şəhər icra hakimiyyətlərinin başçıları, müxtəlif gənclər təşkilatlarının rəhbərləri, əlaqədar idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər və tələbələr iştirak ediblər. Kampaniya zamanı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş təbliğ edilməsi ilə bağlı ətraflı müzakirələr aparılmış, çıxışlar dinlənilib. Minlərlə gəncin iştirak etdiyi konsert proqramında respublikanın tanınmış incəsənət ustaları və gənc müğənnilər iştirak edib.

Fuad Mədətov

Movqe.Az