Metroda yanğın olub

5 İyun 2013 16:57 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada metroda yanğın çıxıb. Moskva metrosunda "Park mədəniyyəti" və "Komsomolskaya" stansiyaları arasında çıxan yanğında ilkin məlumatlara görə iki nəfərin tüstüdən zəhərləndiyi deyilib. Yanğın səbəbiylə metroda nəqliyyatın dayandığı, yanğın bölgəsinə yaxın tunellərdə bir neçə qatarın qapalı qaldığı və 4 min 500 nəfərin stansiyalardan evakuasiya edildiyi bildirilib. Elektrik kabelindən qaynaqlandığı ifadə edilən yanğının nəzarət altına alındığı qeyd edilib. Yanğının meydana gəldiyi "Sokolniki" üstündə yığılmaların meydana gəldiyi və vətəndaşların digər nəqliyyat vasitələrinə istiqamətləndirildiyi deyilib .